Bu cüt gündə 25 dollar xərcləyərək 50 ölkəni gəzdilər.
ABŞ-da 5.5 il əvvəl bal ayına çıxan Howard cütü, 50 ölkəni gəzdilər. Cüt, “65 yaşdan sonrası riskli ola bilərdi” deyir.
ABŞ-ın New York şəhərində 2011-ci ildə evlənən Mike və Anne Howard cütünün çıxdığı bal ayı səyahəti, 5.5 ildir davam edir.
New Yorkda aldıqları evi kirayəyə verib əşyalarını satan cüt, Washington Post qəzetinə verdikləri reportajda “65 yaşına qədər gözləyib, o saatdan sonra xəyallarımızın arxasından qaçmaq planı bizə bir az riskli gəldi. Hələ sağlam və gənckən səyahətə çıxmağa qərar verdik” ifadələrini bildiriblər.
İlk dövrlərdə gündə 39 dollar xərcləyən Howard cütü, xərclərini daha da qısaraq 12 dollara qədər aşağı salmağı bacarıblar. Gündə ortalama 25 dollar xərclədiklərini deyən Mike və Anne Howard, 50 ölkəni gəzdiklərini və Patagonya’da yürüşdən, Budapeştdə şəhər turuna qədər bir çox təcrübə əldə etdiklərini söyləyiblər.
Balayı hekayələri səyahət şirkətlərinin də diqqətini çəkən Howard cütü, müxtəlif internet saytlarına gəzinti gündəlikləri yazaraq pul da qazanmağa başlayıblar.