İnternetdə GTA 6 haqqında söz-söhbətlər bitmək bilmir.
2020’də çıxacağı söylənən oyunun bu qədər gecikməsinə səbəb olaraq Rockstar‘ın, Red Dead Redemption 2‘yə daha çox yönlənməsi göstərilir.
Rockstar Gamesin əfsanə oyunu GTA 5 üçün yeni rejimlər çıxmağa davam edir. Ancaq fanatlar bu vəziyyətdən məmnun deyildirlər, çünki uzun bir müddətdir ki, GTA 6‘nı gözləyirlər.
Hazırda firmada iki ayrı komanda halında işlər davam etdirilir. Bir qrup GTA 5‘in online rejiminin demək olar ki, oyun qədər böyük olan DLC-lərini inkişaf etdirərkən, digər qrup Red Dead Redemtion 2′nin bug’larıyla məşğul olur.
Red Dead Redemtion 2, 2017’də online rejimi ilə gələcək. GTA 5 Online’nın North Yankton və Liberty City əlavələri, sentyabr 2017’də təqdim olunacaq kimi görünür. Yeni iki DLC olan San Fierro və Las Ventures, oktyabr 2018’də çıxacaq.