Göz yumularaq məhv olunan tarixi Hələb şəhəri və atalarının torpaqlarına tutunmağa çalışan Suriyalılar
Suriya Müharibəsinin ən təsirli hadisələri Hələb şəhərində baş verməkdədir. Qərbi Asiya ölkələrinin bu qədim şəhəri qısa bir vaxt ərzində böyük fəlakətlərə məruz qaldı.
On minlərlə insan xarabalığa çevrilmiş evlərini geridə buraxaraq şəhərdən uzaqlaşarkən, Hələb şəhəri müharibənin mərkəzinə və beynəlxal güclərin döyüşdüyü bir rinqə çevrildi.
Aylarla vaxt sərf olunan sülh görüşlərinin nəticəsində qərara gəlinən Atəşkəs isə bir o qədərdə uzun ömürlü olmadı. Son olaraq ABŞ’ın yardım daşıyan yük avtomobillərinin bombalanması ilə, bölgədə hələ də atalarının torpaqlarını tərk etmədən tutunmağa çalışan 200 mindən çox sivil insanlar üçün də ümidlər azalmağa başladı.
Almaniyanın beynəlxal aləmdə tanınan həftəlik jurnalı Stern Suriyada baş verən son hadsələrlə bağlı kəskin şəkildə dünya mediyasını və özlərini qınadı. Suriyada baş verən hadisələr ilə bağlı səssiz qaldıqlarını söyləyən Jurnal, bundan sonra Suriya Müharibəsi mövzusuna daha çox yer ayıracaqlarını və bu məsələni dünya çərçivəsində geniş şəkildə tənqid edəcəklərini açıqladı.
Uzun illərdir bölgənin mərkzi olan Hələb şəhərində hazırda bir neçə ailə tutunmaqdadır. Şəhərin bəzi küçələrinə artıq 6 aydır ki, su və elektrik verilmir.
Birləşmiş Millətlərin bölgə üzrə xüsusi təmsilşisi Stefan De Mistura da 6 oktyabrda verdiyi açıqlamada, artıq əksər küçələrdə məhəllələrin tamami ilə çökdüyünü bildirmişdi.
Suriyada insanlıq göz yumularaq əzilərkən, bölgədəki hazır ki vəziyyətə nəzər salsaq münaqişənin diplomatik yolla həlli mümkünsüz görsənir.