İnternet

Google 100 min euro borcu olan 12 yaşlı uşaq barəsində açıqlama verib

699views

YouTube’da məşhur olmaq üçün Google’a reklam yerləşdirən 12 yaşındakı İspaniyalı Jose Javier, 100 min euro’luq borc ilə qarşı-qarşıya idi.

İspaniyanın Torrevieja şəhərində yaşayan Jose Javier, dostları ilə qurduğu “Los Salerosos” adındakı musiqi qrupunu internetdə daha çox kütləyə göstərmək üçün sözü gedən reklamdan yararlanmaq istəyib.

Javier xidmətin ödənişsiz olduğunu və bu üsul ilə videosunun çox izlənəcyini, əvəzində bu izləmədən pul qazanacağını düşünübmüş, nəticə isə əksinə olub. Javier və ailəsi 100 min euro dəyərində borc ilə qarşı-qarşıya qalıblar.

İspaniyanın El Pais qəzetinə açıqlama verən Javier’in anası İnma Quesada, baş verən hadisələrdən xəbərsiz olduğunu və hər hansısa online oyunlar üçün kiçik ödənişlər etmək lazım olduğundan övladına hesab kartı açdığını söyləyib.

Yaşanan hadisə ilə bağlı açıqlama verən Google isə bu vəziyyəti araşdırdıqlarını və qarşı tərəfdən hər hansısa bir ödəniş tələb etməyəcəklərini bildirib.