Avtomobil

“Goodwood Revival” retro avtomobil rallisində Rolls-Royce 2 nadir avtomobil təqdim edəcək

744views

Rolls-Royce Motor Cars kompaniyası retro avtomobillərin əfsanəvi rallisi olan “Goodwood Revival”da çıxış edəcək. Yarışda şirkət 1954 cü il kabriolet Silver Dawn və bəzi müasir modellər ilə təmsil olunacaq.

Tədbir çərçivəsində təşkil olunan sərgidə isə Rolls-Royce şirkəti özünün 2 nadir avtomobilini təqdim edəcək: 1923 Silver Ghost Springfield və 1967 Phantom V seriya.

Bundan əlavə şirkət vaxtıykən bu marka üçün professional sürücü yetişdirmək üçün  fəaliyyət göstərən “Ağ Əlcəklilər Məktəbi”ni yenidən yaratmaq qərarına gəlib.

“Goodwood Revival” rallisi 1998-ci ildən müntəzəm olaraq keçirilir və 9-11 Senytabr aralığında baş tutacaq. Təşkilarçıların sözlərinə görə bu yarışı 150000-ə yaxın adam izləyəcək. Rallidə isə Rolls-Roycedən əlavə Ferrari 250 GT SWBs və GTOs, Aston Martin DB4 GTs və Jaguar E-Type retro maşınları yarışacaq.

Elnur Cəfərov
idman xəbərləri yazarı