Geyim seçərkən nəyə diqqət yetirməliyik ki, xərclədiyimiz zamana və pula görə peşman olmayaq?
Hər bir qadın bilir ki, əynində ideal oturacaq paltarı tapmaq çətindir. Hər tip bədənin öz xüsusiyyətləri, müsbət və mənfi cəhətləri olsa da, tərzinizi dəyişmədən, düzgün seçim edərək, çatışmazlıqları düzəltmək mümkündür.
Bunun üçün, birinci növbədə siz öz bədən tipinizi müəyyənləşdirməlisiz:
“T” tipi – “kişi tipli bədən”: enli üst , ensiz aşağı hissə. Kişi sayağı bədənə sahib xanımlar düz enli çiyinlərə və ensiz ombalara sahibdir. Bir qayda olaraq, bu tip fiqurlu xanimlara, uzun və zərif ayaqlar xasdır.
“H” tipi – “bərabərlik”. Bu xanımların təxminən bərabər enli çiyinləri və ombaları və zəif ifadə olunan beli var.
“A” tipi – “dar üst, enli aşağı hissə”. Bu cür bədənə sahib xanımlar ensiz çiyinlərə, kiçik sinəyə, incə belə, qısa enli ombalar (bud) və dolu ayaqlara sahibdirlər.
“X” tipi – “mütanasiblik” – ən incə bədən tipi. Bu bədənə sahib xanımlar bir-birinə mütənasib olan çiyin və ombalarla bərabər yüksək sinə və çox incə belə malikdirlər.
Düzgün tərtib edilmiş qarderob istənilən qadını cazibədar edə bilər. Bəs bədən tipimizə görə nələrə üstünlük verib, nələrdən imtina etməliyik?
“T” tipli bədənli xanımlar diqqəti düz omba və ayaqlara yönəltməlidir, bununla da, həcmli üst hissədən diqqəti yayındırmaq mümkün olacaq. Burada yuxarı hissə tünd, aşağı hissə isə açıq rənglərdə olmalıdır.
Məsləhət görülən geyimlər:
- boynuna yaxın yerləşən çiyinbağlı toplar – bu çiyin xəttinizi olduqca incəldir;
- alçaq belli, enli şalvarlar – yuxarı və aşağı hissəni vizual olaraq bərabərləşdirəcək;
- ətəyi dar olmayan, dar oturan şalvar və ətəklər,
- cibli və omba sahəsində müxtəlif dekorlu şalvar və ətəklər – aşağıya doğru darlaşan balağ olmamalıdır;
Qarderobunuzda məsləhət görülməyən geyimlər:
- qoyma çiyinlik;
- ikiyanlı jaketlər və pencəklər;
- sinə sahəsində işləmələr və rəngli dekorativ bəzəklər;
“H” tipli bədənli xanımlara istənilən klassik və idman modelləri yaraşır. Bu xanımlar, formanı yaxşı saxlayan qalın strukturlu parçalara üstünlük verməlidilər.
Məsləhət görülən geyimlər:
- düz siluetli paltarlar;
- yüksək belli paltarlar;
- fultlarvari donlar;
- zambaqvari ətəklər;
- dar biryanlı və ikiyanlı jaketlər;
- assimmetrik müxtəlif kəsikli geyimlər;
Qarderobunuzda məsləhət görülməyən geyimlər:
- belinizi vurğulayacaq dar geyimlər;
- uzun düz pencək və gödəkçələr – vizual olaraq ayaqları qısaldır;
- beldə nəzik kəmərlər;
“A” tip bədənli xanımların vəzifəsi – bədənin üst hissəsi ilə enli ombaların tarazlaşdırmasıdır. Burada əsas qayda, “T” tipinin əksi, yəni açıq rəngli üst və tünd alt geyimidir. Üst geyim həcm verən, yəni parlaq və açıq rənglərdən, alt geyimsə bir tonlu rəngdən ibarət olmalıdır – bu sizi vizual olaraq proporsionallaşdıracaq.
Məsləhət görülən geyimlər:
- üfüq zolaqlı sviter, köynək və jaketlər;
- V obrazlı dərin kəsimli dekolte və ya volanlı yaxalıqlar;
- həcmli və enli qolluqlar;
- “ampir” üslubunda yüksək bel donlar;
- sıx toxunmuş materialdan qələm-ətəklər;
Qarderobunuzda məsləhət görülməyən geyimlər:
- dar paltarlar – yuxarı və aşağı hissənin fərqini bildirir;
- zambaqvari ətəklər – vizual olaraq ombaları olduqca genişləndirir;
- bud hissəsində əlavə detallar, məsələn ciblər;
- enli kəmərlər;
“X” tipli bədənli xanımların geyim seçimi ilə xüsusi problemi yoxdur, onlara zərif bədənlərinin bütün üstünlüklərini vurğulamaq qalır.
Məsləhət görülən geyimlər:
- düz cinslər və qayışlı şalvarlar;
- yüksək belli şalvarlar;
- trapes-ətəklər;
- beli vurğulayan jaket və pencəklər;
- qaytanda dar elastik ətəklər – beləliklə incə ombaların xəttini vurğulamaq olacaq;
Qarderobunuzda məsləhət görülməyən geyimlər:
- düz beli gizlədən jaketlər və köynəklər;
- sərt və ağır toxunmuş paltarlar – bədəninizi daha yoğun göstərəcək;
- formasız cübbələr.
Beləliklə, qarderobun yığılmasına düzgün yanaşma və özünə qulluq, bədən tipindən asılı olmayaraq, istənilən xanımı cazibədar edə bilər.