1.33K
Serenay Sarıkaya fanatlarına müjdə, yeni serial gəlir!
Medcezir serialından sonra ekranlarda görünməyən Serenay Sarıkaya yeni serialın çəkilişlərinə hazırlaşır. Fi Çi Pi adlanan serialda Seranay Sarıkaya, Ozan Güven, Mehmet Günsür və Berrak Tüzünataç baş rolları bölüşəcəklər. Serialın hər hissəsi 60 dəqiqə olacaq.
Akilah Azra Kohenin çox satılan Fi Çi Pi kitab üçləməsindən uyğunlaşdıran eyni adlı serialın foto çəkilişləri də aparılıb. Ssenari işləri tamamlanan; istehsalı Ay Yapım olan, rejissorluğunu Mert Baykalın üzərinə götürdüyü serial hələ çəkilişlərinə başlamadan diqqətləri öz üzərinə çəkməyi bacarıb.
Türkiyənin ilk orijinal rəqəmsal serial layihəsi Fi Çi Pi, 13 hissədən, hər hissəsi 60 dəqiqədən ibarət olacaqdır.
add a comment