İnternet

Facebook’da daha bir yenilik

717views

Facebookun ən çox maraq qazanan özəlliklərindən biri olan, video paylaşımlarda yeni sistem tətbiq olunub.

Belə ki, facebookun “Hey chek this out” adı verdiyi yeni özəlliyi, xəbər lentində görünən videonu bir toxunuş ilə televiziya ekranına göndərmə imkanına sahib olacaq.

İstifadəçilər, videonun sağ üst tərəfində yer alan bir düyməyə toxunaraq, onları Apple Tv ya da Chromecast ( ya da AirPlay və Google Casta uyğun) vasitəsi ilə Tv ekrana ötürə biləcək.

Video, Tv’də yayımlandığı müddətdə isə istifadəçilər xəbər lentində olan digər məlumatlar ilə rahat tanış ola biləcək. Bu şəkildə ətrafımızdakı insanlara da istediyiniz videonu göstərmək rahatlaşacaq və dostlarımızın raksiyalarını daha rahat görə biləcəyik.

Hal hazırda İOs platforması və web vasitəsi ilə təqdim olunan özəlliyin, android dəstəyinə də sahib olacağı gözlənilir.