
Facebook, Messenger və Instagram birləşdi!
Facebook hazırda sahib olduğu tətbiqlərlə mobil platformada çox böyük bir söz sahibidir. Hal-hazırda ən çox istifadə edilən tətbiqlər arasında ilk 10da iştirak edən Facebook, WhatsApp, Messenger və Instagram kimi tətbiqlər Facebook şirkəti tərkibində fəaliyyət göstərirlər.
Facebook nəhayət bu tətbiqlərini, WhatsApp xaric digər üçünü tək bir proqram içində birləşdirmə qərarı alıb. Bununla əlaqədar bu gün yeni tətbiqi olan Pages Manager‘i təqdim edib.
Facebook, Messenger və Instagram’ı tək bir proqram halına gətirən tətbiqdə istifadəçilər, bu üç şəbəkədəki hesabına gələn mesajları və bildirişləri tək bir tətbiq üzərindən görə biləcəklər.
Facebookun bu yeni tətbiqi, üç platformanı da aktiv istifadə edən istifadəçilərin işini asanlaşdıracaq kimi görünür.
Həmçinin Facebook, WhatsApp tətbiqini bir sosial platforma olmaqdan çox “fərdi mesajlaşma” tətbiqi olduğu üçün bu platformanın xaricində tutduğunu bildirib.