Səyahət

Dünyanın ən gözəl 9 ölkəsi: quş uçuşu hündürlüyündən nəfəs kəsən görüntülər (Video)

1.11Kviews

Bu videoları izlədikdən sonra, səyahət etmək arzunuzu reallaşdırmaq istəyəcəksiniz.

Aero-foto çəkiliş artıq elmi tədqiqat çərçivələrindən çıxıb, müstəqil sənət növünə çevrilib. Sadə cihazların köməyi ilə peşəkarlar planetimizin gözəlliyini göstərən əla filmlər çəkirlər. Dünyanın heç vaxt görmədiyiniz yerlərini, hətta yaxşı tanıdığınız yerləri belə fərqli bucaq altında görürsünüz.

Quş uçuşu hündürlüyündən çəkilən bu videolar sizə bir çox ölkələri sevdirəcək.

 

Honkonq

Honkonq – gələcəyin şəhəridir. Bu ərazidə dəniz buxtaları, yaşıl parklar və müasir şəhər tikililəri bir-birinə tam uyğun planlaşdırılıb. Şəhərdə təbiətə qayğının və müasir texnologiya inkişafının vəhdətini görmək olar.

 

İtaliya

Verona şəhəri İtaliyanın şimal-şərqində yerləşir. Bura hər il 3 milyondan artıq turist memarlıq abidələri, maraqlı mədəniyyətlə yaxından tanış olmağa gəlir.

 

Sent Marten

Müqəddəs Martin adası – insanların kök saldığı ən kiçik adadır. Ada iki müstəqil dövlət tərəfindən idarə olunur. Adanın şimal hissəsi Fransanın, cənub hissəsi isə Niderlandın tərkibinə daxildir

 

Norveç

Norveç şimal soyuqlarına baxmayaraq, dünyanın ən fotogenik ölkələrindən biridir. Qarlı dağ zirvələri, ucsuz-bucaqsız yaşıl vadilər, məşhur dolanbac fiordlar – bütün bunlar sarsıdıcı videoda öz eksini tapıb.

 

Xorvatiya

Bu gün Xorvatiya Avropanın dinc, sakit ölkələrindən biridir. Adriatik sahillərində yerləşən bu ölkə hər il xeyli sayda turist cəlb edə bilir.

 

 

Keniya

https://vimeo.com/120369712

Qitənin məşhur edən “böyük beşliyə” daxil olan heyvanlar məhs Keniya ərazisində yaşayır. Lakin fillərin, şirlərin, kərgədanın, camış və bəbirlərdən həyatını izləmək elə də asan deyil. Afrika savannalarının ən gizli güşələrini izləməkdə xüsusi texnikaya ehtiya var.

 

Vyetnam

Vyetnam yavaş-yavaş inkişaf edərək, turistlərə açıq bir ölkəyə çevrilməyi bacardı. Bu ölkə Asiyanın cənub-şərqində yerləşən ən gözəl, zəngin tarixə malik ölkələrdən biridir.

 

İndoneziya

https://vimeo.com/99275308

Dünyanın ada üzərində yerləşən ən böyük ölkəsini Sakit və Hind okeanın suları yuyur. Ölkənin tərkibinə 17000 ada daxildir və onlardan yalnız 6000də əhali salınıb.

 

Portuqaliya

Daim daha zəngin qonşuları – İtaliya, Fransa, ispaniyanın kölgəsində qalan Portuqaliyanın özünə məxsus gözəlliyi və mədəniyyəti var. Ona görə də təəccüblü deyil ki, bu ölkəyə turist axını daim artır, 2013-cü ildə isə Portuqaliya dünyada ziyarət üçün ən yaxşı yer kimi Cond Nast Traveller jurnalında qeyd olunub.