Dünya

Dünyada ilk dəfə 17 yaşlı uşağa ötenazi tətbiq olundu

560views

Dünyada ilk dəfə, 18 yaşına çatmayan uşağa ötenazi tətbiq olunması Belçika’da bu gün həyata keçirildi.

İki il əvvəl uşaqlarda ötenazi (bir insanın dözə bilməyəcək dərəcədə ağır xəstə ikən, qanun çərçivəsində həkimlər tərəfindən, yüksək dozada dərman ilə həyatının sonlandırılması) tətbiqinə razılıq verən Belçika hökuməti, bu gün ölkəsində ilk dəfə, yetkinlik yaşına çatmayan bir insanın öz istəyi ilə həyatını sonlandırmasına köməklik etdi.

Dövlət Ötenazi Komitəsi rəhbərliyi 17 yaşındakı sözü gedən uşağın, dözə bilməyəcək dərəcədə bədən ağrılarının olması səbəbindən belə bir addımın atıldığını bildirdi.

Qeyd edək ki, Belçika dünyada 18 yaşından az uşaqlara bu hakkı verən tək ölkədir. Ancaq bunun həyata keçirilməsi üçün valideyinlərin razılığı olmalıdır.

Bir çox dini qrumlar və həkimlər isə bu üsulun tətbiqinə qarşıdırlar. Çünki uşaqların belə bir çətin qərarı ala biləcək gücə bu yaşda sahib olmadıqlarını bildirirlər.

Ötenazi təraftarı olan Belçikalı senator Jean Jasques de Gucht isə “Belə bir imkanı yaratmaqla, ölümcül xəstəliyə tutulan çox sayıda insana heç olmasa bir seçim şansı verildi” deyə bildirdi.

Belçika’da ötenazi 2002’ci ildə qanuna əlavə edildi. 2014-cü ildə isə bu tətbiqə qoyulan yaş məhdudiyyətləri aradan qaldırıldı.

Ölkədə 10 il ərzində 9 minə yaxın insanın bu üsul vasitasi ilə ölümü həyata keçirildi.