MətbəxSağlamlıq

Dondurmanın tarixi və faydaları

1.84Kviews

Dondurmanın tarixi 3000 il əvvəllə gedib çıxır.

Qədim Çində portağalı xırda-xırda doğrayıb üzərinə nar dənələri səpməklə buz parçaları ilə qarışdırıb yalnız yüksək təbəqənin nümayəndələrinə təqdim edərdilər. Bu, dondurmanın ilk resepti sayılır.

 

14044958_1165183433548495_1457660739_o

 

İlk dondurma kafesi 1660 ildə Parisdə Komedi Fransez teatrı ilə üzbəüz Françesko Koltelli tərəfindən açılıb. 80 dondurma növü hazırlayan bu kafe bu günədək fəaliyyət göstərir. Kafenin müştəriləri arasında Onore de Balzak, Viktor Huqo və Napoleon Bonapart kimi dondurmasevərlər var idi.

 

14037901_1165183396881832_1670610935_o

 

Dondurmanı buz bağlamış xoşbəxtlik də adlandırırlar. İldən ilə yeni növləri hazırlanan bu təamın vanil ətirlisi əsrlərdir liderliyini qoruyub saxlayır. 2-ci şokoladlı, 3-cü yeri isə çiyələkli dondurmalar tutur. Həftədə yalnız 2-3 dəfə istifadəsi məqbuldur.

 

14037551_1165183420215163_213888242_o

 

Tibb işçiləri təbii üsüllarla hazırlanmış dondurmaları hər zaman müsbət qiymətləndirir, qəribə səslənsə də anginanın ilk mərhələsində məhz dondurmanı məsləhət görürlər. Hətta burun qanaxması zamanı 1-2 qaşıq dondurma udmaq qanaxmanı dərhal kəsə bilər. O qara şokolad kimi əhvalın yüksəlməsi və yuxunun sabitləşməsinə yaxşı təsir göstərir. Bununla belə, mütəxəsislər dondurmanı hər kəsə tövsiyyə etmirlər. Belə ki, 100 qr. dondurmada 500 kalori var və bu da artıq çəkidən, şəkər xəstəliyindən əziyyət çəkənlər üçün ziyandır. Bu ləziz təamın həddən artıq tez-tez istifadəsi güclü baş ağrılarına səbəb ola bilər.

 

14012970_1165183460215159_1667742302_o

 

Araşdırmalara görə hər dondurma həvəskarına 1 il boyuca 5 kq dondurma düşür.