ABŞ Prezidenti seçilən Donald Trump, Çin ilə keçən həftə yaşadığı diplomatik gərginliyin ardından, Twitter vasitəsi ilə Çini tənqid atəşinə tutub.
Trump Çinin pul siyasətini və Cənubi Çin dənizindəki əməliyyatlarını hədəf alaraq, “Çin pul vahidinin dəyərini salıb ABŞ şirkətlərinin rəqabət gücünü qırarkən, məhsullarımıza yüksək vergi qoyarkən (ABŞ, Çin mallarından vergi almır) və ya Cənubi Çin dənizinin ortasında hərbi baza yaradarkən bizdən məgər icazə almışdı? Heç sanmıram” deyə yazdı.
their country (the U.S. doesn't tax them) or to build a massive military complex in the middle of the South China Sea? I don't think so!
— Donald J. Trump (@realDonaldTrump) December 4, 2016
Trump’ın keçən həftə Tayvan Prezidenti Tsai Ing-Wen ilə birbaşa telefonla əlaqə yaratması Çini qəzəbləndirmişdi. Tayvanı öz torpaqlarının bir parçası olaraq görən Çin, bu əlaqədən sonra ABŞ-a etiraz etmişdi. Ağ Ev də telefon elaqəsinin ABŞ siyasi baxışında hər hansısa bir dəyişiklik etmədiyini açıqlamışdı.
Xatırladaq ki Washington, Pekinin “Tək Çin” siyasətinə dəstək verdiyini açıqlayaraq, Tayvan ilə rəsmi əlaqələrini 1979-cu ildə sonlandırmıştı.
Did China ask us if it was OK to devalue their currency (making it hard for our companies to compete), heavily tax our products going into..
— Donald J. Trump (@realDonaldTrump) December 4, 2016
ABŞ Devalvasiyanı daha əvvəl də tənqid etmişdi.
Çinin pul vahidi Yuanın dəyərini salmasına Washington daha əvvəl də etiraz etmiş və qərarın Çinli ixracatçılara haqsız rəqabət təmin etdiyini bildirmişdi.
Eyni şəkildə Çinin Cənubi dənizindəki hərbi bazaları da ABŞ-ın etirazına səbəb olmuş və ABŞ döyüş gəmiləri bölgəyə göndərilmişdi. İki ölkə də bir-birini, bölgədə hərbi bazaya yaratmaqda günahlandırmışdı.