Qahirə şəhərində insan sıxlığı və hava çirkliliyini nəzərə alan Misir Hökuməti, yeni paytaxtın qurulmasına qərar verib.
5 il müddətində sonlandırılması gözlənilən layihənin Çinlilər tərəfindən inşa ediləcəyi açıqlanıb.
Çinə aid şirkət, layihəyə 20 milyard dollar yatırım edəcək. Yeni şəhərin adı ilə bağlı isə heç bir məlumat verilməyib.
700 km²’lik bir ərazidə qurulacaq şəhər, Qahirənin qərbindəki çöllüklərdə inşa ediləcək.
Yeni mərkəzdə mindən çox məscid, ağıllı məhəllələr, sənaye bölgələri və dünyanın ən böyük parkının qurulması hədəflənib. Bundan əlavə şəhərdə, Hindistana aid şirkətin Tibb Mərkəzi və Universitet, Səudiyy’ Ərəbistanın isə böyük bir Məscid və İslam Muzeyi inşa edəcəyi bildirilir.
Xatırladaq ki, Misir höküməti, 2015-ci ilin Mart ayında açıqladığı layihəni, çox sıxlığın, səs küyün və ev qiymətlərinin davamlı olaraq artığı Qahirə şəhərinin alternativi olaraq gördüyünü bildirmişdi.