AvtomobilDünya

Çində dünyanın ilk ağıllı avtoparkı açılır

761views

Dünyanın ilk ağıllı avtoparkı Çində açılır.

Çinin Nanjing şəhərində dünyanın ilk ağıllı park sahəsi açılacaq. Avtoparkda yer alacaq avtomatik uzaqdan idarə edilə bilən bir cihaz, maşınları yalnız bir iki dəqiqə içində istənilən yerə park edə biləcək.

Çin Yeni İli’ndən (21 yanvar ilə 20 fevral tarixləri arasında yeni aya bərabər gələn gün) sonra açılışı ediləcək park 2 min kvadrat metrlik bir sahəni əhatə edir. Avtotoparkdakı bir cihaz, girişə park edilən maşınları yalnız bir-iki dəqiqədə istənilən yerə park edə bilir.

Sıravi avtotoparklarda hər hansı bir avtomobil üçün 40 kvadrat metr yer lazım olarkən, bu park yalnız 15 kvadrat metr yerdən istifadə edəcəkdir.