Siyasət

Barack Obama göz yaşlarına hakim ola bilmədi

Barack Obamanin son cixishi
833views

Ağ Evdəki səlahiyyətlərini 20 Yanvarda Donald Trump’a təqdim etməyə hazırlaşan Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama, doğulduğu Chicago şəhərində son çıxışını edib.

Olduqca təsirli hisslərlə yadda qalan çıxış, salonda olanlar tərəfindən tez-tez alqışlarla kəsilib.

Çıxışında son səkkiz ildə gördüyü işlərdən danışan Obama, öz dövründə nələrin dəyişdiyini izah edib:

“Səkkiz il əvvəl Amerikanın böyük bir durğunluğu aradan qaldıracağını, Kuba xalqı ilə yeni bir səhifə açacağımızı, tək bir güllə atmadan İranın nüvə silah proqramını dayandıracağımızı və 11 Sentyabr hadisələrinin təsirini azaldacağımızı danışsaydım bəlkə də hədəflərimizin çata bilməyəcək dərəcədə yüksəkdə olduğunu düşünəcəkdiniz. Ancaq görürsünüz bütün bunlar baş tutdu. İndi Amerika, bizim başladığımız nöqtəyə görə daha yaxşı və güclü bir yerdir “

yaaz.az Barack Obama son cixishi

Müsəlman Amerikalılara və digər azlıqlara qarşı ayrı-seçkiliyə qarşı olduğunu vurğulayan Obama, gənclərə ümidli olmağı məsləhət gördü.

Müsəlman Amerikalılara və digər azlıqlara qarşı ayrı-seçkiliyə qarşı olduğunu vurğulayan Obama, gənclərə ümidli olmağı məsləhət gördü.

“Sizdən dəyişikliyi mənim gətirə biləcəyimə deyil özünüzün gətirə biləcəyinə inanmağınızı istəyirəm”

“Bəli bu mümkündür”

“Bunu etdik”, “Təşəkkürlər, Allah sizi qorusun”

yaaz.az Barack Obama son cixishi

Çıxışının sonunda gözyaşlarına hakim ola bilməyən Barak Obama, həyat yoldaşı Michelle’ə, qızlarına və köməkçisi Joe Biden’ə də ayrı-ayrılıqda təşəkkür etdi.

McCormick Konqres Mərkəzində baş tutan son vida çıxışını Amerika mediası ilə bərabər bir çox dünya televiziyaları canlı olaraq yayımladı.