Digər İdman

Bakıda Cüdo həyəcanı davam edir, ilk günü bir medalla başa vurduq

Baku Grand Slam Judo 2017
823views

Cüdo’da mövsümün ikinci Grand Slam turniri Bakıda başlayıb.

Ümummilli lider Heydər Əliyev adına cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turnirində, ilk gün görüşlərinin sonunda beş fərqli ölkədən idmançılar qızıl medal sevinci yaşayıb.

Azərbaycan millisi isə bu görüşlərdə aktivinə bir medal yazdıra bilib. 60 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov mötəbər turnirin bürünc medalını qazanıb.

Mükafatlandırma mərasimində cüdoçumuza medalı Azərbaycan Cüdo Federasiyasının prezedenti Rövnəq Abdullayev təqdim edib.

Xatırladaq ki, Heydər Əliyev Adına İdman Sarayında keçirilən və “CBC Sport” kanalı vasitəsiylə canlı yayımlanan yarışın ilkin mərhələsi saat 13:00-dan etibarən başlayır. Final görüşləri isə saat 17:00-da keçirilir. Qeyd edək ki, turnirdə 31 ölkədən 183 idmançı (110 kişi, 73 qadın) qalib adı uğrunda mübarizə aparır.