Musiqi

Aygün Kazımova və Rəhim Rəhimlidən “Hər Şey Düzələr” dueti

1.51Kviews

Xalq artisti Aygün Kazımova və məşhur müğənni Rəhim Rəhimli birgə duetə imza atıblar.

“Hər Şey Düzələr” adlanan mahnının musiqisi Rəhim Rəhimliyə, sözləri isə Azər Şirinə məxsusdur. İfaçılar birgə verəcəkləri konsert öncəsi duetlərini təqdim etməklə pərəstişkarlarının konsert həyəcanını artırmaqda davam edirlər.

Həmçinin nəzərinizə çatdıraq ki, avqustun 27-si Almaniyada keçiriləcək “DAF BAMA Music Awards 2016” mükafatlandırma mərasimində Aygün Kazımovada iştirak edəcək. Avropanın ən yaxşı arenaları siyahısına düşən Barkleykard arenanın səhnəsində möhtəşəm şou göstərmək üçün Aygün Kazımova bir neçə aydır ki, komandası ilə hazırlıq görür. Barkleykard arenasında Adel, Stinq, Skuter, Rihanna, Kris Braun, Brayan Adams, “Take that” qrupu, Elli Qouldinq və bir sıra dünya ulduzları konsert proqramı ilə çıxış ediblər.