Qazaxıstan prezidenti Nursultan Nazarbayev paytaxt Astananın onun şərəfinə adlandırılması ilə bağlı açıqlama verib.
“Rossiya-24” telekanlına müsahibəsində N.Nazarbayev:
“Astana artıq bir brenddir. Burada ATƏT sammiti, Asiya Qış Oyunları keçirilib. Gələn il EKSPO-2017 sərgisi keçiriləcək. Hər kəs buranı Astana kimi tanıyır. Ona görə, şəhərin adının dəyişdirilməsində ehtiyac görmürəm.”
Xatırladaq ki, bir neçə gün əvvəl Qazaxıstan Parlamentinin deputatları Astana şəhərinin prezident Nursultan Nazarbayevin şərəfinə onun adı ilə adlandırılması təklifi ilə çıxış ediblər.
Bununla bağlı qəbul olunmuş deklarasiyada qeyd olunub ki, respublikanın quruculuğunda önəmli rolu olan N.Nazarbayevin “El Bası” (millətin lideri) adının ölkənin bütün mühüm obyektlərinin adında ifadə olunması nəzərdə tutulur.