Dünya səthindəki suların 30 il içində necə dəyişiklik göstərdiyini anlamaq üçün peyk görünüşlərini araşdıran elm insanları, 115 min kvadrat kilometrlik quru parçasının sularla əhatələndiyini, 173 min kvadrat kilometrlik suyun da quru parçası halına gəldiyini təyin ediblər.
Nəticələri Nature Climate Change jurnalında nümayiş olunan işi icra edən qrupdan Dr. Fedor Baart, suların ən çox Tibet platosu’nu bürüdüyünü, sudan quruya ən böyük çevrilmənin Aral gölündə yaşandığını ifadə edib. ‘Şimali Koreyanın cənub sərhədində bənd inşa etdiyini görmüşük’ bənd sayındakı artımın da qurunun sularla əhatələnməsini artırdığını söyləyən Baart, əriyən buzlaqlar səbəbiylə yeni göllərin əmələ gəldiyi Tibet Platosu’ndakı böyük dəyişikliklərlə bir zamanlar geniş torpaq parçası olan qurunun indiki vaxtda sular altında qaldığını bildirib.
Baart, “Myanmarda çox sayda səddin inşa edildiyini bilirdik ancaq indi neçə dənə olduğunu görə bildik”, “Şimali Koreyanın Cənubi Koreya sərhədində anbarlar inşa etdiyini gördük” deyə bildirmişdir.
Deltares' Aqua Monitor reveals remarkable changes in global land & water surface https://t.co/BEWXRIksW4 @deltares pic.twitter.com/2YFWzS5VLB
— Dutch Water Sector (@HollandWater) August 25, 2016
Aral gölü az qala tamamilə quruyub.
Ən böyük dəyişmənin Orta Asiyadakı Aral gölündə görüldüyünə diqqət çəkən Baart, bir zamanlar ən böyük göllərdən biri olan Aral gölünün, mühəndislərin əkinçilik ərazilərini sulamaq üçün çayların istiqamətini dəyişdirməsinin ardından, az qala tamamilə quruduğunu vurğulayıb. ABŞ-ın ən böyük təmiz su təchizatçısı, təmiz su provayderi Las Vegas yaxınlarındakı Mead gölünün su itirdiyini və 222 kilometr ərazisinin quruduğunu qeyd edib. Sahil bölgələrini də araşdıran araşdırmaçılar, sahillərin 33 min 770 kvadrat kilometr torpaq qazanarkən, 20 min 100 kvadrat kilometr su itirdiyini də təyin ediblər.