Mobil

Applenin qorxduğu başına gəldi: iPhone 7 də partlayıb

697views

Galaxy Note 7-nin partlama xəbərlərinin ardından bu gün də bir istifadəçi iPhone 7 modelinin partladığını iddia edib.

Hər halda bu vəziyyətdə ağıllı telefon istehsalçılarının ən böyük qorxusu Samsungun qısa bir müddət əvvəl Galaxy Note 7 modeliylə yaşadığı partlama skandalına bənzər bir vəziyyətlə qarşılaşmaqdır. Çünki bu vəziyyət Samsungu həm birjada, həm də istehlakçı mənasında ciddi zərərə salmışdı.

İndi isə Applenin iPhone 7 modeli bir partlama hadisəsiylə qarşımıza çıxmış vəziyyətdədir. “Kroopthesnoop” adlı bir Reddit istifadəçisi sifariş verdiyi iPhone 7-nin qutusunda partladığını iddia edib və bununla əlaqədar şəkil paylaşıb.
Digər tərəfdən bu hadisə hələ çox yenidir və detallar hələ bilinmir. Ancaq bu iPhone 7 modelinin Galaxy Note 7 kimi batareyasının deyil də qutuda yük və səfər əsnasında partlamış ola biləcəyi təxmin edilir.
Ən böyük rəqibi Samsungun əsas modelinin partlama qalmaqalı satışlarda çox geriyə düşməsi Apple’a ciddi şəkildə yaramışdı. Baxaq Samsungun başına gələnlər Applenin da başına gələcək mi yoxsa buna bənzər hadisələr təkrarlanacaqmı?