CihazlarİqtisadiyyatMobil

Apple’ın iphone istehsalını ABŞ-a daşımaq istəyini, ortaq şirkəti rədd etdi

925views

Apple’ın iş ortaqlarından Pegatron, iphone istehsalının ABŞ-a daşınmasına yönəlik bazar araşdırması aparmağı rədd edərək kəskin reaksiyasını bildirib.

Bildiyimiz kimi, yeni ABŞ prezidenti Donald Trumpın Apple İcraçı Direktoru Tim Cook’a iphone istehsalını ABŞ-a daşıması ilə bağlı tələbdə olduğu bilinirdi. Bu vəziyyətin üzərindən çox zaman keçmədən Apple mövzu ilə bağlı işlərə başlayıb.

Trumpa məsələ ilə bağlı dəqiq bir cavab verməyən Tim Cook, Apple’ın bu vəziyyəti dəyərləndirəcəyini demişdi. İstehsalı ABŞ-a daşıma barədə araşdırmalara başlayan şirkət, istehsal buraxılışındakı tərəfdaşlarından, Pegatrondan bu şərtləri araşdırması mövzusunda bir istək təqdim etmişdi, ancaq Pegatron, birbaşa olaraq Apple’ın bu tələbini rədd etdi. Eyni zamanda iphone’un istehsal edildiyi Foxconn da bu vəziyyətə normal baxmır.

Digər tərəfdən, iqtisadçılar, iqtisadi baxımdan yerli istehsalın Apple’a daha baha başa gələcəyini və bu səbəblə Apple’ın Trumpın tələbini rədd edəcəyini söyləmişdi. Hələ ki, Apple yerli istehsala yox deməyib, ancaq Apple’ın biznes tərəfdaşları indidən Apple’ın yerli istehsala keçməsinə qarşıdır.