Cihazlar

Ağıllı telefonlara 69 yeni emoji gəlir

1.26Kviews

Çox zaman bir sıra sözləri izah etmək əvəzinə istifadə etdiyimiz emojilərə yeniləri əlavə olunur.

Hisslərimizi və ya dərdimizi ifadə etmək üçün çox vaxt köməyimizə çatan, yavaş-yavaş sözlərin yerini almağa başlayan emojilərə 69 yeni emoji daha əlavə edilir.
İstifadəsinin praktik olması və bəzən tək bir dənəsi ilə hisslərimizi ifadə etdiyimiz emojilər, Unicode 10 çərçivəsində təqdim olunub. Unicode 9 ilə bütövlükdə 72 yeni emoji iOS 10.2 variantı ilə iOS-a əlavə olunmuşdu.

Unicode 10-la bərabər əlavə olunacaq yeni 69 emojinin iOS 11-lə bərabər cihazlara iyun ayında gəlməsi gözlənilir.