Rusiyanın müdafiə nazirliyi, göyərtəsində 92 nəfərin olduğu Rusiyaya məxsus hərbi təyyarənin Qara dəniz yaxınlığında qəzaya uğradığını bildirib.
Təyyarə Soçidə Bakı vaxtilə 06.25-də uçuşa başladıqdan iki dəqiqə sonra radarlardan itib.
Hazırda təyyarənin bəzi qalıqları və beş nəfərin meyiti tapılıb.
Müdafiə nazirliyi bildirib ki, Tu-154 Aleksandrov hərbi musiqi amsamblının üzvü olan 64 əsgərini və 9 jurnalisti daşıyırmış.
Təyyarə Suriyada Latakia bölgəsinə uçurdu.
Moskvadan qalxan təyyarə Soçinin Adler hava limanında benzin doldurulması üçün dayanmışdı.
“Tu-154 təyyarəsinin qalıqları Soçinin Qara dəniz sahillərinin 1.5 kilometrliyində 50-70 metr dərinlikdə tapılıb”, nazirliyin bəyanatında deyilir.
İnterfaks yazır ki, hələlik təyyarədən sağ qalmış heç kim tapılmayıb. Nazirliyin sözçüsü İqor Konaşenkov “qəza nəticəsində beş nəfərin öldüyünü” təsdiqləyib.
Aleksandrov Ansamblı
Aleksandrov Ansamblı Rusiya silahlı qüvvələrinin rəsmi xorudur.
Sovet dövründə 1928-ci ildə yaradılıb.
Qrupa, həmçinin orkestr və rəqqaslar daxildir.
Qrup Sovet İttifaqının dövlət himninin musiqini yazmış və qrupun ilk direktoru Aleksandr Vasilyeviç Aleksandrovun adı ilə adlandırılıb
Onu həm Qırmızı Ordu Xoru və Daxili İşlər Nazirliyinin Ansamblı kimi də tanınır
Müdafiə nazirliyinin açıqladığı sərnişin siyahısında 64 Aleksandrov Ansamblının üzvünün adı var.
Bundan başqa göyərtədə doqquz jurnalist, səkkiz əsgər, iki dövlət qulluqçusu, QHT üzvü və səkkiz ekipaj üzvü olub.
Məlumatlarda hava şəraitinin uçuş üçün əlverişli olduğu deyilir. İstintaq hava nəqliyyatı təhlükəsizlik qaydalarına hansısa müdaxilənin olub-olmadığını araşdırır.
Cənab Konaşenkov bildirib ki, amsambl Suriyada yerləşən rus qoşunları üçün Yeni İl konserti vermək üçün yola çıxmışdı.
Tədbir Latakia yaxınlığında, Rusiyanın Hmeimim hava bazasında keçirilməli idi.
Rusiya burada Suriya prezidenti Bəşər Əsədə yardım olaraq üsyançılara qarşı hava hücumları həyata keçirir.