Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumatı
Bakıda və Abşeron yarımadasında
Havanın dəyişkən buludlu olacağı, səhər bəzi yerlərdə zəif duman və çiskin olacağı gözlənilir. Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 3-5° isti, gündüz 6-8° isti, Bakıda gecə 3-5° isti, gündüz 6-9° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütünundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-70 % təşkil edəcək.
Azərbaycanın rayonlarında
Hava şəraiti əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə dumann olacaq. Lakin günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq yağış, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacağı gözlənilir.
Xəbərdarlıq
Dekabrın 5-i günün ikinci yarısında, dekabrın 6-sı isə bütünülklə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu 3-6° aşağı enəcək. Yolların buz bağlama ehtimalı var.