Hava Proqnozu

22 oktyabrda gözlənilən hava şəraiti

463views

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatı

Bakıda və Abşeron yarımadasında

Bəzi yerlərdə çiskinli yağış yağacağı, gündüz fasilə olacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 11-14, Bakıda gecə 9-11, gündüz 11-13 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında

Əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-11, gündüz 12-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında meteoroloji  amillərin  zəif  və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

21 Oktyabr 2016