Hava Proqnozu

15 fevralda gözlənilən hava şəraiti | Xəbərdarlıq

Hava haqqinda melumat 15 fevral 2017
720views

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentinin məlumatı

Bakıda və Abşeron yarımadasında

Hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək, axşam mülayim  şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti, Bakıda gecə 1 dərəcəyədək şaxta, gündüz 4-6 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 766 mm civə sütunundan 759 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin bəzi cənub və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 8-13,  gündüz 0-5 dərəcə şaxta olacaq.

Tibbi-meteoroloji proqnoz

Fevralın 15-də Abşeron yarımadasında gün ərzində arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.