Hava Proqnozu

15 dekabrda gözlənilən hava şəraiti

685views

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatı

Bakıda və Abşeron yarımadasında

Arabir qar yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi, gecə və səhər çovğun olacağı gözlənilir. Arabir əsən güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu Abşeron yarımadasında 1-3 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti,  Bakıda gecə 1-3 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın olacaq.

Atmosfer  təzyiqi 760 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət  85-95 faiz  təşkil edəcək. Yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında

Arabir yağış, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.