Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatı
Bakıda və Abşeron yarımadasında
Hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Gündüz mülayim şimal-qərb küləyi güclənəcək.
Havanın temperaturunun gecə 9-12° isti, gündüz 15-18° isti, Bakıda gecə 10-12° isti, gündüz 16-18° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 55-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarında
Hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Lakin gecə və səhər Lənkəran-Astara zonasında çiskinli yağış yağacağı ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacağı gözlənilir.