Hava Proqnozu

12 noyabrda gözlənilən hava şəraiti

858views

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentinin məlumatı

Bakıda və Abşeron yarımadasında

Hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman və çiskin olacaq. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 14-17, Bakıda gecə    9-11, gündüz 15-17 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yuxarı 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət  gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

 Azərbaycanın rayonlarında

Hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq.  Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 14-17, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacaq.