Hava Proqnozu

1 apreldə gözlənilən hava şəraiti

1 aprel 2017 hava proqnozu
1.13Kviews

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatı

Bakıda və Abşeron yarımadasında

Hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Arabir güclənən  şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz 7-11, Bakıda gecə 4-6, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  772 mm civə sütunundan 765 mm civə sütununa enəcək,  nisbi rütubət  gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, gündüz əksər rayonlarda yağıntıda qısa fasilə yaranacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir  güclənəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta,  gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Aprelin 01-də meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.