Dünya

‘Əfqan qızı” pul cəzası ilə sərbəst buraxılır

699views

‘Əfqan qızı” pul cəzası ilə sərbəst buraxılır.

National Geographic jurnalına qapaq olan fotoşəkiliylə bilinən ‘Əfqan qızı” ləqəbli Sharbət Gula, saxta şəxsiyyətlə Pakistanda oturma icazəsi almaq günahıyla həbs olunduqdan günlər sonra pul cəzası ilə sərbəst buraxılır.

Pakistan təhlükəsizlik orqanları tərəfindən həbs olunan və 14 il həbs cəzası ilə qarşı-qarşıya olduğu açıqlanan Gula üçün, Pakistan Daxili İşlər naziri dövrəyə girib. Həbs ilə əlaqədar açıqlama verən nazir Chaudhry Nisar Ali Khan, “Zənn edirəm ki, bu iddianı, həm onun qadın olması həm də insani bir baxış sərgiləməklə yenidən araşdırmaq lazım olacaq” deyib.

BBC Türkcənin məlumatına görə, Gula üçün girov təyin olunması təlimatı verən Daxili İşlər naziri Khan, ittihamların isə qaldırılmacağını ifadə edərək deyib ki: “Əgər onun haqqındakı ittihamları qaldırsaq və onu deportasiya etsək, ona saxta şəxsiyyət vəsiqəsi verən səlahiyyətlilər haqqındakı iddianı da qaldırmağımız lazımdır. Amma burada əsl günahkar onlardır və mən onların bu işdən yaxalarını qurtarmalarını istəmirəm.”

Xatladaq ki, Gula, 12 yaşındaykən çəkilən fotoşəkiliylə 1985-ci ildə National Geographic jurnalının qapağında iştirak etmişdi. Gənc qızın qorxu dolu baxan yaşıl gözləri ona bütün dünyada tanınırlıq qazandırmışdı. ‘Əfqan qızı’ olaraq bilinən fotoşəkil, 1984-ci ildə Pakistanın şimal-qərbindəki bir qaçqın düşərgəsində çəkilmişdi. Fotoşəkili çəkən Steve McCurry, Sharbat Gula‘yı 17 il axtardıqdan sonra 2002-ci ildə tapmışdı. O tarixdə Gula, Əfqanıstanın uzaq bir kəndində çörəkçi yoldaşı və üç qızı ilə yaşayırdı. Gözaltı xəbərlərinin ardından McCurry, Instagram’da Gula’nın ikonik fotoşəkilini qoymuş və altına bu ifadələri yazmışdı: “Ona və ailəsinə hüquqi və maddi dəstək təmin etmək üçün nə lazımdırsa etməyə hazıram. Səlahiyyətlilərin bu hərəkətinə mümkün olan ən güclü şəkildə etiraz edirəm. O bütün həyatı boyunca acı çəkib və bu nəzarət onun insan haqqının qorxunc bir şəkildə pozulması anlamına gəlir. “