Xəbərlər

New York’da 11 Sentyabr xatirəsi və inanılmaz sərgi

991views

11 Sentyabr terrorunun qurbanları, 15-ci ilində New York Dünya Ticarət Mərkəzi’ndə yerləşən 9/11 Xatirə Muzeyi’ndə təşkil olunmuş bir sərgi ilə yad ediləcək

Sərgi 13 New York-lu sənətçi tərəfindən hazırlanıb.

2001-ci ildə iki təyyarə ilə hücum edən El Kaide üzvləri, ekiz qüllələri hədəf almış və binaların çökməsi ilə 2.996 nəfər həyatını itirmişdi.

9/11 Xatirə Müzeyi-nin rəhbəri Alice Greenwald çıxışında “Sənət vasitəsi ilə, yaşanılan faciə və duyğular bütün açıqlığı ilə əks olunur və sənətin gücü ilə o anları bir daha yaşayırıq ” deyə bildirib.

598727056

 

Sərgidə, Manju Shandler-in 3 min hissədən və 840 rəsmdən ibarət ‘Gesture’ adlı əsəri yer alır.

Shandler həmin anları xatırlayaraq ” Mən də bir çox New York sakini kimi həmin vaxt böyük şok keçirtdim. Qorxurdum və həyatını itirən insanlar üçün cox üzüldüm. Bir neçə gün sonra isə studyama gəldiyimdə tam olaraq nə etdiyimi xatırlamıram ancaq həmin vaxt bu əsərə başladım. Hər həyatını itirən insan üçün ayrı bir rəsm çəkmək istəyirdim ancaq dəqiq sayı bilmirdim” dəyə müsahibesində bildirib.

firstmajorexhibition911memorialmuseumaf0t0pztovml

Rəssam Gustavo Bonevardi isə ekiz qüllələrin çökməsini evindnən an ba an izləyibmiş. Rəssam sərgidə “Yıxılma” adlı əsəri ilə qonaqların qarşısına çıxacaq.

Bonnevardi müsahibəsində “Boşluğa doğru enən kağız səhifələr, yanan binanın kənarı ilə yerə enməkdəydi, bütün insanlar bunu gördü. Gözəl, tünd mavi göy üzü və qüllələrdən aşağıya doğru enən səhifələr. Əslində bunlar uçan ruhların əksi idi, yoxa çıxan və ya əbədiyyətə qovuşan ruhların ” deyə bildirib.

911museummajorexh_robe1

Beləliklə 13 New York-lu sənətçi tərəfindən hazırlanan sərgi, Dünya Ticarət Mərkəzi’ndə yer alan 9/11 Xatirə Müzeyi’ndə öz ziyarətçilərini gözləyir.

Manju Shandler’in muzeydə sərgilənən əsrlərindən bəzi görüntülər

extralarge

ash-road

article-doc-ft7dm-i4kdsde1z3a170e4dd85096b12d-870_634x422

art

ar-709069618

1468469292844

NEW YORK, NY - SEPTEMBER 01: Some of the paintings by artist Manju Shandler are on view at a preview of the new exhibition at the 9/11 Memorial Museum titled "Rendering the Unthinkable: Artists Respond to 9/11" on September 1, 2016 in New York City. The exhibition at the museum on the site of the former World Trade Center towers features thirteen artworks that were created in response to 9/11, including paintings, sculptures, video and other media. The show will open September 12 and run until January. Spencer Platt/Getty Images/AFP