Prototipin rəsmi təqdimatı Los-Anceles avtosalonunda keçirilsə də, Avropa ictimaiyyətinə krossover bu günlərdə təqdim edildi.

Konseptin seriyalı versiyası demək olar ki, konseptdən fərqlənməyəcək. Prototipin uzunluğu 4680 mm, eni 1890 mm-dir. Təkər bazasının ölçüsü 2990 mm-dir. Avtomobil iki baqaj (arxa hissədə 530-litrlik, qabaq hissədə 28-litrlik), enli təkər arkaları və 23-düymlük təkər diskləri alıb.

yaaz.az Jaguar I-Pace 2017

Krossover “Jaguar Land Rover EV” platformasında yığılıb və iki elektrik mühərriki vasitəsilə hərəkətə gətirilir. “I-Pace”-in ümumi gücü 400 a.g.-dür. Krossover 100 km/saata 4 saniyəyə sürətlənir.

“I-Pace” yenidən elektriklə doldurulmadan 500 km məsafə qət edə bilər. Avtomobilin batareyalarını 2 saata tam doldurmaq mümkündür. “I-Pace”-in bütün versiyaları tam ötürücü sistem alacaq. Krossoverin qarşı müqavimət əmsalı 0,28-dir. keçirilib. Avtomobil 2018-ci ildə satışa çıxarılacaq. “Jaguar I-Pace”-in əsas rəqibi isə krossover “Tesla Model X” olacaq.

yaaz.az Jaguar I-Pace 2017

yaaz.az Jaguar I-Pace 2017