İngiltərə Kraliçası 2-ci Elizabeth, taxtdakı 65-ci ilini tamamladı.
Taxtdakı 65-ci ilini ölümsüzləşdirməsi məqsədiylə ingilis fotoqraf David Bailey tərəfindən çəkilən kraliçanın portret fotoşəkili də bu gün ictimaiyyətə paylaşıldı.
Fotoşəkildə, mavi və üzəri işləməli bir paltar geyinən kraliça, atası Kral 6-cı Corcun 1947-ci ildə toy hədiyyəsi olaraq özünə hədiyyə etdiyi safir boyunbağını və sırğaları taxdığı görülür.
İngiltərə Kraliçası 2-ci Elizabeth, taxtdakı 65-ci ilini tamamlayarkən, ölkə daxilində qeyd etmələr təşkil edilir.
90 yaşındakı Kraliça 2-ci Elizabeth 1952-ci ildə 6 Fevral günü hələ 25 yaşındaykən tac taxmışdı.
İkinci Yelizavetanın taxtı buraxması halında oğlu Charles taxta keçəcək. Belə bir vəziyyətdə 68 yaşındakı Charles İngilis tarixinin taxta çıxan ən yaşlı monarxı ünvanını alacaq. Charles-dən sonra taxta çıxmağa oğlu William və nəvəsi Corc var.