Dəb & TərzDünya

Filippin prezidenti Kainat Gözəlləri qarşısında həyəcanlandığını gizlətmədi

Rodrigo Duterte
770views

Kainat Gözəllik Yarışması namizədləri ilə bir araya gələn Filippin Dövlət Başçısı Duterte: “Ümid edirəm ki, bu gün heç bitməyəcək.” – dedi.

Filippin Dövlət Başçısı Rodrigo Duterte, prezident sarayı Malacaangda 84 Kainat Gözəli namizədini qəbul edib. Yaşadığı həyəcanı gizlətməyən Duterte, “Ümid edirəm ki, bu gün heç bitməyəcək.” – deyə başladığı çıxışını belə davam etdirib:
“Bir şey etiraf etmək istəyirəm ki, həyatımda ilk dəfə bir otaq dolusu gözəl qadınla birlikdəyəm. Adətən çıxışlarımı oxumuram, amma bu dəfə bunu edəcəyəm. Çünki çıxışımda, sizlər üçün istifadə edəcəyəm sözlərə, diqqət etməli olduğumu deyiblər”.