
Ziya Məmmədov və İlham Əliyev
2.41Kviews
Azərbaycan prezidenti İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb.
Bu sərəncam iki nazirliyin əvəzində yeni bir nazirliyin yaradılmasını nəzərdə tutur.
Ölkə başçısının az öncə imzaladığı digər sərəncamla Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.
Bu sərəncam faktiki olaraq Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin ləğv edilməsi deməkdir.
Beləliklə nəqliyyat naziri Ziya Məmmədov rəsmən vəzifədən kənarlaşdırılıb.
Köhnə nazir Ziya Məmmədov-un hansı vəzifəyə təyin olunacağı hazırda məlum deyil.
add a comment