
Bu günlərin ən həvəs edilən telefonlarından olan Yeni Nokia 3310 ilə bağlı yeni detallar gəldi.
Ən az Samsungun admiral gəmisi Galaxy S8, LG-nin admiral gəmisi LG G6 qədər maraq edilən bir model olan yenilənmiş Nokia 3310 ilə bağlı təfərrüatlar gəlməyə davam edir.
Son olaraq ötən günlərdə qiyməti ortaya çıxan yeni Nokia 3310-un 59€ qiymət ilə satışa təqdim olunacağını öyrənmişdik. Bu gün isə cihazın layihəsilə bağlı yeni məlumatlar gəlib.
Gələn təzə məlumatlara görə yeni Nokia 3310, orijinal modellə ümumiyyətlə eyni dizayna malik olacaq ancaq daha incə və daha yüngül olacaq.
Bundan başqa, hesabatlar, yeni Nokia 3310-un fiziki klaviaturalı bir cihaz olduğunu təsdiq edir. Bunlarla yanaşı, yeni Nokia 3310, orijinal 84 x 84 tək rəngli modellə qarşılaşdırıldığında, daha rəngli ekrana malik olacaqdır.
Qırmızı, yaşıl və sarı rəng variantları olacağı söylənən yeni Nokia 3310un batareyasının ekstrakt olub-olmayacağı isə hələ ki, məlum deyil.