Futbol

Yaya Ture Çinin təklifini rədd etdi

Yaya Ture
751views

Bir çox futbolçu Çindən gələn yüksək təklifləri qəbul edərək Çin liqasına transfer olsa da, Yaya Ture karyerasını Avropada davam etdirmək istəyir.

Manchester City klubunda forma geyinən 33 yaşındakı futbolçuya Çin klublarından birinin həftəlik 430 min sterlinq təklif etdiyi məlum olub.

Ancaq City ilə müqaviləsi mövsüm sonuna qədər dava edən Toure, müqaviləsini yeniləməsə də Çinin təklifini qəbul etməyib.

Xatırladaq ki, sezonun əvvəllərində Guardiola haqqında mənfi fikirlər söyləməsi səbəbindən cəzalandırılan Toure, məşqçisindən üzr istədikdən sonra yenidən komandaya qayıda bilmişdi.

Guardiola artıq son 7 matçdır ki, oyunçuya ilk 11’də forma şansı verir.