İnternet

Yaşadığınız şəhər və ya məhəllə 32 il əvvəl necə idi? | Google 32 il içində baş verən dəyişikliklərin videosunu təqdim edir

458views

Google Earth dünyanın əhəmiyyətli mərkəzlərindəki 32 illik dəyişməni timelapse (sürətləndirilmiş) videolar şəklində hazırlayıb.

Timelapse adındakı bu xidmət 32 il içində çəkilmiş bütün peyk görüntülərini birləşdirərək timelapse (sürətləndirilmiş) formatda videolar yaradılmasını təmin edir.

Yaşadığınız yerin keçirdiyi dəyişməni izləyə bilərsiniz.
Bu xidmət sayəsində dünyanın istədiyiniz bir yerindəki dəyişməsini rahatlıqla izləyə bilərsiniz. Yaşadığınız şəhərin zaman içində necə dəyişdiyini, məhəllənizin 32 ildə nə hala gəldiyini ya da buzlaqların necə əridiyini belə izləyə bilərsiniz. Bu xidməti buradan istifadə edə bilərsiniz.