İnternet

Yahoo-nun adı dəyişir

832views

Texnologiya nəhəngi Yahoonun adı dəyişir.

İnternet əməliyyatlarını Verizon şirkətinə satan Yahoo, adını Altaba olaraq dəyişəcək.

Axtarış motoru sahəsində Google-ın ən böyük rəqibi olan, amma son illərdə rəqibinin olduqca gerisində qalan Yahoo bundan sonra yoluna Altaba adı ilə davam edəcək.

Əsas internet varlıqlarını Verizon Communicationsa satan və əlində Alibaba Group Holdinq və Yahoo Japan səhmlər paketi qalan Yahoo Inc, adını Altaba Inc. olaraq dəyişdirmə qərarı alıb. Verizon isə Yahoo adını satın aldığı obyektlər üçün istifadə etməyə davam edəcək. Bundan bir neçə ay əvvəl Verizonun Yahoonun bəzi məntəqələrini 4.8 milyard dollar qarşılığında satın alacağı açıqlanıb. İdarə heyətində üzv sayını 5-ə endirəcək olan Yahooda İcraçı Direktor Marissa Mayer də idarə heyətindən ayrılacaq.

İnternet varlıqlarının Verizona dövrünün başa çatmasından sonra Erik Brandt yeni şirkətin rəhbəri olacaq.