MaraqlıSəyahət

Xaricdə yaşamaq istəyənlərə: 10 yaşamalı şəhər

1.34Kviews

Çoxlarımız gec ya tez xarici ölkədə yaşamaq arzusuna düşürük. Hər kəs bunun üçün fərqli səbəb göstərir. Xarici ölkədə yaşamaq planları quranlar üçün tanınmış konsaltinq şirkətlərindən biri PwC (PricewaterhouseCoopers) dünyanın yaşanmalı 30 şəhərinin siyahısını tutub. Gəlin bu siyahıya daxil olan ilk 10 şəhər ilə tanış olaq.

10.Berlin

Berlin

Üstünlükləri: ictimai nəqliyyat, təhlükəsizlik

Berlini gəzib görən hər kəsə məlumdur ki, bu şəhər təmiz, rahat və geniş metro şəbəkəsinə malikdir. Berlin turistlər üçün də təhlükəsiz şəhərdir.Google, SoundCloud və s. kimi böyük korporasiyaların ofisləri artıq Berlində açılır. Ona görə də Berlini Avropanın Silikon vadisi adlandırırlar.

9.Çikaqo

gor2
Çikaqo

Üstünlükləri: yaşayış və havanın keyfiyyəti

Çikaqo – ABŞ-ın ən böyük şəhərlərindən biridir. Əhalisi 3 milyon olan şəhərdə bizneslə məşğul olmaq çox asandır. Amma nəqliyyat sisteminin və infrastrukturun təkmilləşdirilməsi gərəkdir. Çikaqo höküməti su təchizatı, məktəb və bələdiyyə müəssisələrinin təmiri üçün bir neçə millyard pul ayırsa da, bu cür qlobal proyektlər vaxt tələb edir.

8.Sidney

gor3
Sidney

Üstünlükləri: iqlim, təbiət

Sidneyin üstünlükləri hər kəsə məlumdur. Avstraliyanın gözəl təbiəti, çimərlikləri və faunası haqda çox eşitmişik. Həyat və yaşayış keyfiyyətinə görə Sidney bu siyahının birincisi də ola bilər. Lakin bu şəhərin ən böyük çatışmazlığı – mənzil və ev qiymətlərinin çox baha olmasıdır. Məsələn, bir otaqlı mənzilin aylıq icarəsi 2000$ başa gəlir. Sidneydə bir günlük xərc dünya üzrə günlük orta xərcdən 16% çoxdur.

7.Honkonq

gor4
Honkonq

Üstünlükləri: yaşayış keyfiyyəti, nəqliyyat və iş vergilərinin aşağı olması

Əhalisinin çox olmasına baxmayaraq, uzun ömürlülüyə görə Honkonq dünya şəhərləri arasında 5ci yerdədir. Bu şəhərin nəqliyyatı da qənaətbexşdir –gündəlik hərəkətlərin 90%i ictimai nəqliyyat vasitəsi ilə edilir. Honkonq iqtisadi azadlıq baxımından da 1ci yer tutur. Ölkədə vergilərin aşağı olması biznes qurmağı asanlaşdırır.

Lakin bu şəhərin ən böyük çatışmazlığı – ətraf mühitin və havanın çirklənməsidir.

6.Stokholm

Stokholm

Üstünlükləri: İT-sahəsinin inkişafı, təmizlik

Stokholm – Avropanin sürətlə inkişaf edən şəhərlərindən biridir. İT-sahənin inkişafına görə bu şəhərdə Spotify və DİCE Games kimi kompüter oyunları şirkətləri qurulub.
Stokhol təmiz və yaşıl şəhərdi. Şəhərdə əsayişi qorumaq üçün inkişaf etmiş nəqliyyat sistemi, təmiz su və xüsusi istilik sistemi qurulub.

Stokhol hal-hazırda tək çatışmazlığı – immiqrantların çoxalmasıdır.

5.Paris

Paris

Üstünlükləri: təhsil, nəqliyyat sistemi

Paris kitabxanaları, universitetləri ilə dünyanın ən təhsilli şəhəri kimi məşhurdur. Şəhərə həm də nəqliyyat sistemi ilə məşhurdur. 14 metro zolağı, regional qatarlar, avtobuslar üçün nəzərdə tutulmuş xüsusi yollar – bütün bunlar Parisin nəqliyyat sisteminin yüksək səviyyədə işləməsinin səbəbidir.

Şəhərin çatışmazlığı isə  evlərin və mənzillərin yüksək qiyməti, tez-tez yaranan tıxaclar və digər şəhərlərlə müqayisədə işsizliyin çox olmasıdır.

4.San Fransisko

gor7
San Fransisko

Üstünlükləri: İT-sahə, innovasiyalar

ABŞ-ın gəlirinin 3də bir hissəsi San Fransiskoda yerləşən Silikon Vadisinə yatırılır. Şəhərin bu hissəsi İT korporasiyaların yüksək konsentrasiyası ilə seçilir. Google, Apple, Facebook, Microsoft, Adobe – məhz bu şəhərdə yerləşən ofislərin kiçik hissəsidir.
Bununla belə San Fransisko ilbəil bahalaşan şəhərlər sırasındadır.

3.Toronto

gor8
Toronto

Üstünlükləri: yaşayış, səhiyyə, infrastruktur, nəqliyyat və təhlükəsizlik standartları

2012ci ildə meydana gələn kokain alüdəçisi şəhər başçısı qalmaqalına baxmayaraq, Toronto yaşamaq üçün ən yaxşı şəhərlərdən biri hesab olunur. Yaşayış, təhlükəsizlik və infrastruktur səviyyəsinə görə dünyanın ən yaxşı şəhərləri sırasındadır. Nəqliyyat sisteminə görə isə dünyada birincidir.

2.Nyu York

gor9
Nyu York

Üstünlükləri: stabil iqtisadiyyat, biznes, nəqliyyat və ifrastruktur

Nyu York dünyanın 2ci yaşanmalı şəhəri edən biznes qurmaq rahatlığı, inkişaf etmiş nəqliyyat sistemi və yaxşı ifrastrukturdur.

Başqa şəhərlərlə müqayisədə Nyu York daha ucuz şəhər hesab olunsa da, mənzillər və evlərin aylıq icarəsi heç də aşağı deyil.

1.London

gor10
London

Üstünlükləri: İT, biznes qurmaq rahatlığı, nəqliyyat

Siyahıda birinci yerdə olan London çoxlarının yaşamaq istədiyi şəhərdir. Hökümət biznesin inkişafı və İT-sahəsinə dəstək verir. Nəqliyyat sistemi qənaətbəxşdir: 2 mərtəbəli avtobuslar təyin olunmuş cədvəllə işləyir, yüksək sürətli qatarlar isə bir neçə saat ərzində Londondan Parijə çatırlar.

London – dünyanın ən zəngin şəhərlərindən biridir. Başqa şəhərlərlə müqayisədə burada yaşayan milyarderlər sayca çoxluq təşkil edirlər.