Astrologiya

Ulduz falı: 6 fevral-12 fevral | Həftəlik

Heftelik burcler fevral 2017
2.12Kviews

Türkiyəli məşhur astroloq Hakan Kırkoğlu’nun həftəlik bürclər yazısını təqdim edirik.

Qoç Bürcü (21 Mart – 20 Aprel)aries

Bu həftə sosial mövzular və gələcəklə bağlı məsələlər gündəmdə olacaq. Özünüzü daha enerjili hiss edəcəksiniz. Təşəbbüskar və cəsarətli olacaqsınız. Həftənin ilk günlərində insanlarla münasibətdə olduqca müsbət əhval ötürəcəksiniz. Fevralın 11-də baş verəcək Ay tutulması xüsusilə sevgi həyatınızda və sevdiyiniz insanlarla bağlı məsələlərdə bəzi sürprizlərə işarədir. Həmən günlərdə özünüzü fərqli və daha əyləncəli hiss edəcəksiniz.


Buğa Bürcü (21 aprel – 21 may)

e0773e3286b738973198c5d5e5194f95

Həftə boyu işinizlə bağlı məsələlər ön planda olacaq. Xüsusi bir cazibəyə sahib olacaqsınız. Həftənin ilk günlərindən sonra isə məsuliyyəti üzərinizdə olan işlər gündəmdə olacaq. Fikirlərinizi dəqiqləşdirməyə ehtiyac duya bilərsiniz. Sevgidə isə bəzi gizli məsələlər və ya tam olaraq bilinməyən mövzular ortaya çıxa bilər. Belə vəziyyətlərdə diqqətli olmalısınız. 11 fevralda baş verəcək Ay tutulması işiniz və şəxsi həyatınız arasında olan tarazlığı qorumağınızı tövsiyyə edir. Ailənizlə, xüsusilə atanızla bağlı məsələlərdə daha həssas olacaqsınız.


Əkizlər Bürcü (22 may – 22 iyun)

1461582730-919748705

Olduqca hərəkətli bir həftə sizi gözləyir. Fikirlərinizi daha asan paylaşa biləcəyiniz bir dövrdəsiniz. Ziyarətlər və görüşlərin sayı daha çox olacaq və təhsillə bağlı məsələlərdə uğurlu olacaqsınız. 10 fevral ərəfələrində yeniliklər və sürprizlər gözlənilir. Dostlarınızla münasibətlərdə səmimi davranışa üstünlük verməlisiniz. Fevralın 11-də baş verəcək Ay tutulması ifadələrinizlə güclü təsir gücünə sahib olduğunuzu göstərəck. Ətrafınızdakı insanlarla bu həftə olduqca aktiv bir həftə keçirəcəksiniz.


Xərçəng Bürcü (23 iyun – 22 iyul)unnamed

Bu həftə maliyyə mövzuları və psixoloji baxımdan daha həssas bir dövrdə olacaqsınız. Yatırımlar və maliyyə məsələlərində vacib irəliləyişlər əldə edə bilərsiniz. Bu vaxtlara öz sənət sahənizdə təşəbbüskar və cəsur addımlar atacaqsınız. Xüsusilə fevralın 7-dən sonra bu temp daha da artacaq. Ağlınızda olan şübhələrdən uzaq durmalısınız. Fevralın 11-də baş verəcək Ay tutulması iş həyatınızdakı aktivliyi biraz da artıracaq.


Şir Bürcü (23 iyul – 22 avqust)a_df6318bb

Bu həftədən etibarən son 6 aydır gündəmdə olan həyat tərziniz və fəaliyyətinizdə nəhayət dəyişikliklər baş verəcək. Vacib qərarlar içərisində olacaqsınız. Xüsusilə bu həftə şəxsi həyatınızla bağlı məsələlər daha çox önə çıxa bilər. Kənar insanların düşüncələri sizə cazib gələ bilər. İş həyatınızda daha çox dinləyici mövqeyində olmalısınız. Həftənin ortalarına doğru artıq öz mövqeyinzi müsbət tərəfdar olaraq göstərə bilərsiniz. Fevralın 11-də baş verəcək Ay tutulmasının ardından daha çox ailənizlə bağlı məsələlər ön planda olacaq.


Qız Bürcü (23 avqust – 22 sentyabr)virgo-horoscope-2015

Bu həftə əsasən iş həyatınızla bağlı məsələlər ön planda olacaq. Gərgin və ağır iş həftəsi sizi gözləyir. Fiziki olaraq özünüzü çox yormamalısınız. Fevralın 7-dən sonra xüsusilə hadisələrə həssas raksiyanız hiss olunacaq. Bəzi ziyarətlər gündəmə gələ bilər ancaq siz daha çox işinizə diqqət yetirməyə çalışın. Fevralın 11-də baş verəcək Ay tutulması şəxsi münasibətlərinizdə fikrinizi söyləməkdə çətinlik çəkdiyiniz məsələləri ön plana çıxaracaq.


Tərəzi Bürcü (23 sentyabr – 22 oktyabr)bd3cdbc360d1115d5831dc0e7e1a7fa2

Bu həftə yaradıcı mövzular, sevgi həyatınız və əyləncələr ön planda olacaq. Həyata daha müsbət və həyəcanlı şəkildə tutuna biləcəyiniz bir dövrdəsiniz. Şəxsi həyatınızla bağlı yaxın əlaqələr və ya ciddi münasbətlər gündəmdə ola bilər. Hisslərinizi daha asan ötürə biləcəksiniz. Fevralın 7-dən sonra ev və ailənizlə bağlı məsələlərdə vacib qərarlar gündəmdə ola bilər. Fikirlərinizi izah etməkdə çətinlik çəkməyəcəksiniz. Fevralın 11-də baş verəcək Ay tutulması gələcəklə bağlı arzularınızda sizi daha müsbət fikirlərə kökləyəcək. Odur ki, bu həftəni yaxşı dəyərləndirməyə çalışın.


Əqrəb Bürcü (23 oktyabr – 21 noyabr)unnamed-1

Bu həftə ailə və mülkiyyətlə bağlı məsələlər ön planda olacaq. Şəxsi mənafeyinizi nəzərə almalsıınız. Evdə tamamlanması lazım olan məşğuliyyətlər ortaya çıxa bilər. Ətrafınızda aktivlik daha da artacaq. Fevralın 7-dən etibarən səyahətlərlə bağlı məsələlər sizi məşğul edə bilər. Fevralın 11-də baş verəcək Ay tutulması isə iş həyatınızda dəyər verdiyiniz və ya sizi yüksəldəcək hadisələrin baş verəcəyinin xəbərçisidir. Bu vaxtlarda hər kəsin diqqəti üzərinizdə olacaq.


Oxatan Bürcü (22 noyabr – 21 dekabr)images

Həftə boyu ziyarət və görüşlər içərisində olacaqsınız. Yeni şeylər öyrənmək, ötürmək və paylaşmaq daha müsbət nəticələr verə bilər. Səyahətlər inkişafa doğru bəzi dəyişikliklərə səbəb olacaq. Ortaq olduğunuz sahələrdə həll edilməsi lazım olan işlər var. Fevralın 11-də baş verəcək Ay tutulması içərisində olduğunuz akademik mözulara, beynəlxalq müzakirələrə və ya medianın içərisində olduğu məsələlərə müsbət təsir göstərəcək. Fikirlərinizlə önə çıxa bilərsiniz.


Oğlaq Bürcü (22 dekabr – 21 yanvar)capricorn-1000x1000-65

Bu həftə maliyyə məsələləri və sənətinizlə bağlı məsələlər əsasən ön planda olacaq. Şəxsi gəlirlərinizi artıra biləcəyiniz və xərclərinizdə müsbət idarəyə sahib olacağınız bir dövrdəsiniz. Eyni zamanda texniki gücünüzü və qabiliyyətlərinizi istifadə edə biləcəyiniz işlər daha öndə olacaq. Yeniliklərə açıq olacaqsınız. Fevralın 11-də baş verəcək Ay tutulması vacib bildiyiniz və qurur məsələsi olduğunu düşündüyünüz bir mövzuda yenidən fikirləşməyinizi  tələb edə bilər.


Dolça Bürcü (22 yanvar – 19 fevral)

aquarius-horoscope-2015

Bu həftə şəxsi enerjinizi və qərarlarınızı daha açıq göstərə biləcəyiniz bir dövrdəsiniz. Bir çox mövzuda daha asan irəliləyə biləcəyiniz vaxtlardasınız. Fevralın ilk günlərində bəzi məşğuliyyətlər və həll olunması lazım olan işlər ortaya çıxa bilər. Daim sahib olduğunuz orjinal baxış tərzinizi bu həftə daha dolğun ifadə edə biləcəksiniz. Fevralın 11-də baş verəcək Ay tutulması şəxsi münasibətlərinizdə qarşınızdakı insanı daha sakin dinləməyi tövsiyyə edir.


Balıqlar Bürcü (20 fevral – 20 mart)

pisces-horoscope-avgust-2016

Bu həftənin şərtləri biraz qarışıq və dəqiq olmaya bilər. İş həyatınızda və maliyyə məsələlərində daha qərarlı ola bilərsiniz ancaq, xərclərinizdə də tarazlığı qorumağa çalışın. Fikirlərinizdə təcrübələrinizdən yararlanmalısınız. Həftənin ortalarına doğru sevdiyinz insanlarla bağlı məsələlərdə və ya övladlarınızla bağlı işlərdə ehtiyac olan bir çox şeyi həyata keçirə bilərsiniz. Fevralın 11-də baş verəcək Ay tutulması xüsusilə iş həyatınız və sağlamlığınızla bağlı məsələlərdə diqqətli olmağınızı tövsiyyə edir.