KosmosMaraqlı

‘Tokio 2020’ Kosmosdan atılacaq atəşfəşanlıq ilə başlayacaq ( Video)

775views

Tokyo 2020’nin açılış mərasimi Kosmosdan atılacaq atşəfəşanlıq ilə start götürəcək.

Yaponiyanın Tokioda həyata keçirəcəyi 2020 Yay Olimpiyadası üçün düşündüyü hədəflər, göy üzünün belə sərhədlərini aşmaq niyyətindədir.

Yaponiyalı mütəxəssislər, Kosmosdan göndəriləcək və 200 km uzaqlıqdan rahat görünə biləcək süni meteoroid yağışı həyata keçirəcək.

Orbitə yerləşdiriləcək mikro peykdən atmosferə kiçik hissəciklər göndərilərək süni meteoroid yağışı yaradılacaq. Süni ulduz zərrəcikləri səmada partlayaraq atmosferi fərqli rənglərə boyayacaq.

Mütəxəssislər artıq 5 ildir ki, bu layihə üzərində çalışırlar. Əgər hər şey plana uyğun davam edərsə, Yaponiya bu layihəsi ilə dünyada yeni bir çığır açmış olacaq.