Thalidomide: qolsuz və ayaqsız körpələrin dünyaya gəlməsinə səbəb olan tibb dünyasının qatil dərmanı

Dünyada yalnız iki ölkədə satışına icazə verilmədi; Türkiyə və ABŞ.
Contergan, Alman dərman firması Chemie Grünental Gmbh tərəfindən 1957-ci ildə bazara təqdim olunan bir vasitə idi. Əvvəl tənəffüs yolu xəstəlikləri üçün istifadə edilən dərman daha sonra hamilələr üçün yuxu, ürək bulanması kimi problemləri aradan qaldırmaq üçün istifadə edilib. Lakin nəticələrinin belə ağır olacağını kimsə təxmin edə bilmirdi.
Gördüyü diqqət sayəsində qısa müddətdə yayılan dərman, təxminən 50 ölkədə istifadə edilməyə başlanmışdı. Dərmanın əsas maddəsi olan “Thalidomide” görə 1959-cu ildə başda Qərbi Almaniya və Britaniya olmaqla 3000-ə yaxın əmələ gəlmə və inkişaf qüsuru olan uşaq dünyaya gəlib.
1961-də bir çox həkim tərəfindən bu dərmanın yan təsirləri ortaya qoyulub. Amma bu vaxta qədər 10.000-in üzərində doğuşu baş vermiş, inkişafında qüsur olan uşaq üçün gec olmuşdu. 1962-də satışdan çıxardılan dərman yenə də bəzi ölkələrdə istifadə edilməyə davam edildi. Belə ki, 1964-cü ildə İsrailli bir həkim eyni dərmanı cüzamlı xəstələr üzərində də istifadə etdi. Nəzarətlər çoxaldılsa da Braziliyada 1965 ilə 1996 tarixləri arasında Thalidomide bağlı bəzi problemli uşaqlar doğulmuşdu.
Bu qədər bədbəxt hadisəylə bərabər dərman hələ də qəti və dəqiq olaraq satışdan qaldırılmadı. 1998-ci ildə cüzamlı xəstələr üçün istifadə edilməsi təsdiq olundu. Bununla bərabər 2008-də sümükləri zəiflədən hətta sındıran, infeksiyalara qarşı bədən müqavimətini salan və böyrək xəstəliyinə yol açan bir xəstəlik olan Multipl Myelom üçün istifadə edilməyə başlandı və 2010 tarixinə qədər dünyanın bəzi bölgələrində doğum pozğunluğu olan uşaqlar qeydlərə keçdi.
Bu gün xüsusilə Almaniyada yaşları 45-55 arasında olan 3000-ə yaxın insan hələ də həyatlarına davam etməyə çalışır.
Bu qədər zərərə baxmayaraq Contergan dünyada yalnız iki ölkədə rəsmi olaraq satışına icazə verilmədi; Türkiyə və ABŞ.