Maraqlı

Təyyarə enərkən və qalxarkən kabinə işıqları niyə söndürülür?

1.23Kviews

Təyyarəyə minən hər kəs qalxış və eniş əsnasında bütün salonun işıqlarının söndürüldüyünü fərq edib yəqin ki.

Bəs bunun səbəbini bilirsinizmi? İngilis pilot Patrik Smit bunun səbəbini açıqlayıb:

Təyyarənin qalxma və enişi zamanı kabinə işıqlarının söndürülməsi kabinə komandasının adi vəzifələrindən biridir. Məqsəd, mümkün bir qəza təhlükəsinə qarşı tədbir almaqdır.

Smit, işıqların kəsilməsinin səbəbini sərnişinlərin gözlərinin qaranlığa alışmasını təmin etmək kimi qeyd edir. Hər hansı bir səbəblə baş verən qüvvə itkisi sonrası anidən kabinə qaralarsa, bu sərnişinlərin kor olmasına varan problemlərin ortaya çıxmasına səbəb ola bilər. Sözügedən hal baş verəndə təcili vəziyyət işıqlarının və işarələrinin daha dəqiq görülməsi, sərnişinlərdə əsas bir istiqamət hissini doğurur. İnsan gözünün qaranlığa uyğunlaşması üçün lazımlı müddətin 10 dəqiqə olduğunu deyən pilot, bu səbəbdən işığın qaraldılaraq təcili vəziyyət əsnasında məhdud zamanın daha dəyərli hala gətirilməsinin təmin olunduğunu qeyd edir.
Bir başqa pilot Kris Kuk isə vəziyyəti belə açıqlayır: “Birinin işıqları söndürəndə, maneələrlə dolu bir otaqdan sürətli bir şəkildə çıxmasını istədiyini düşünün. Çox çətin olardı, elə deyilmi? Məhz işıqların kəsilməsinin səbəbi də məhz budur”.