Eurovision

Svala ‘Paper’ mahnısı ilə İslandiyanın Eurovision 2017 təmsilçisi oldu

Svala
838views

Dünən gecə baş verən digər bir milli final olan Söngvakeppnin-in də sonuna gəlindi.

Söngvakeppninin də bitməsilə 2017-nin milli final mövsümü bitmiş oldu.

Söngvakeppnin, böyük bir ruh yüksəkliyi ilə nəticələndi. Gecədə Aleksandr Rybak və Mans Zelmerlöw kimi Eurovision qalibləri də yer aldı.

Münsiflər və xalq səsverməsinin nəticəsi olaraq Paper adlı mahnı ilə yarışan Svala birinci yerdə super finala qalarkən Is This Love adlı mahnı ilə yarışda yer alan Daði Freyr Pétursson da super finala qalan digər isim oldu.

Süperfinalda SMS səsverməsinin nəticəsində Paper adlı mahnıyla müsabiqədə yer alan Svala, qalib oldu.