
Soyuq hava axınının gücünü göstərən bu ev sosial mediada geniş maraq yaradıb.
New York, mart ayında soyuq qışı ilə mübarizə aparır. Sosial mediada sürətlə yayılan görüntülər, buradakı hava şərtlərinin nə qədər ağır olduğunu ortaya qoyub.
Bad will soon get worse on Lake Ontario. A foot of snow is on the way for parts of #WNY @spann @JimCantore @StormHour @News_8 @WizardWeather pic.twitter.com/Bnq2Fyp6Zv
— John Kucko (@john_kucko) March 13, 2017
Şəhərin Webster bölgəsindəki Ontario Gölünün dərhal kənarında yerləşən bu ev, şəhərin bir neçə gün məruz qaldığı soyuq hava axını sonunda buzdan bir heykələ çevrilib.
Wow, didn't expect THIS reaction! #IceHouse has no retaining wall on Lake Ontario (just rocks), neighbors do @spann @JimCantore @StormHour pic.twitter.com/4izLsN4TWh
— John Kucko (@john_kucko) March 13, 2017
Fotoqraf Con Kucko, Facebook səhifəsində və Twitterda bəzi fotoşəkillər dərc edib və bu maraqlı hadisə sosial mediada danışılmağa başlayıb. İnsanlar saxta olduğunu irəli sürəndə Kucko vəziyyəti sübut etmək üçün çəkdiyi video materialları da bütün hesablarında və bir canlı yayım vasitəsi ilə göstərib.
Həmin yerdə yaşayan insanlara görə uzun illərdir təkrarlanan bu hadisə normal qəbul edilir. Ancaq bir fotoqraf və sosial media həqiqəti ilə bütün dünya bu maraqlı evin görkəmini görmüş oldu.