Digər İdmanSağlamlıq

Soyuq havada düzgün məşqin 10 qızıl qaydası

A man runs next to the Parade Grounds at Fort Vancouver on Tuesday December 3, 2013. (Zachary Kaufman/The Columbian)
1.12Kviews

Açıq havada gəzmək, qaçmaq və velosiped sürmək immunitet sistemini gücləndirir, mövsüm ilə bağlı durğunluğu aradan qaldırır, sağlam və formada qalmağı təmin edir. Ancaq soyuq havada məşq etmənin də öz qanunları var.

Mütəxəssislər açıq və soyuq havada edilən məşqin, fayda yerinə zərər gətirməməsi üçün bəzi nöqtələrə diqqət yetirməyin vacbliyini vurğulayır.

Onları bu şəkildə sıralaya bilərik:

yaaz.az winter training photo

1. Qat-qat geyinin: Soyuq havalarda, diqqətli yanaşa biləcəyimiz məslələrdən biri, bədən istiliyinizin düşməsinə mane olmaqdır. Əslində pis hava yoxdur, hava şəraitinə uyğun olmayan pis paltar seçimi var. Bir soğan kimi nəzik ama qat-qat geyinməli və təri özünə çəkərək bədənin nəfəs almasına icazə verən paltarlara üstünlük verməliyik.

yaaz.az winter training photo

2. Ayaqqabılarınızı qurudun: Yağışlı havalarda məşqdən sonra, idman ayaqqabılarınızı növbəti məşqə qədər tam qurudun. Quru daban yaş dabana nisbətən daha dözümlüdür. Əgər növbəti məşqə qədər ayaqqabınızın dabanı tam qurumasa, bütünlükdə daha tez sıradan çıxacaq.

yaaz.az winter training photo

3. Papaqdan istifadə edin: Dizlərinizi, əllərinizi, baş, boğaz və bel hissənizi soyuqdan qoruyun. Araşdırmalar göstərir ki, əgər başınız açıqdırsa oradan gələn soyuq bədəninizin hərarətini 30 faiz aşağı salır. Odur ki heç olmasa papaq mütləq taxın.

yaaz.az winter training photo

4. İsinmək üçün tələsməyin: Məşqə yavaş-yavaş başlayın. Çünki qış aylarında bədəniniz, yay aylarına nisbətən daha gec isinir.

yaaz.az winter training photo

5. Burundan nəfəs alın: Soyuq havanın tənəffüs yollarında pozuntuya gətirib çıxarmaması üçün burnunuzdan nəfəs almağa çalışın. Bu şəkildə hava, ağciyərlərinizə çatana qədər artıq isinmiş olacaq.

yaaz.az winter training photo

6. Su içməyə laqeyd yanaşmayın: Maye ehtiyacı soyuq havalarda daha az olsa da yenə də bədəninizin susuz qalma ehtimalı var. Məşqə başlamazdan əvvəl bir stəkan su, məşq sonrası isə bir stəkan isti içki için. Gün ərzində isə 8-10 stəkan su için.

yaaz.az winter training photo

7. Günəş işığından faydalanın: Soyuq havalarda məşqi xüsusilə günorta və günortadan sonraya salın. Bu, həm sümükləriniz həm də immunitet sisteminiz üçün olduqca əhəmiyyətli olan D vitaminini əldə etmənizdə sizə kömək olacaq.

yaaz.az winter training photo

8. Kökəlməyin: Qidalanmağınıza diqqət edərək dəri altı yağın çoxalmasına imkan verməyin. Dəri altı yağ toxuması çox olan insanların soyuğa davamlılığı bir üstünlük kimi görünsə də bu məşq zamanı tam əks reaksiya verməkdədir. Məqsədiniz məşq əsnasında həmişə isti qalmaqdırsa geyim seçiminizə düzgün yanaşmalısınız.

yaaz.az winter training photo

9. Məşq üçün açıq əraziləri seçməyin: Mənfi 10 dərəcədən aşağı hava şəraitində məşq etmək fikrindəsinizsə, bu zaman açıq ərazilərdən uzaq olun.

yaaz.az winter training photo

10. Yorğun və xəstə olarkən məşq etməyin: Özünüzü yorğun və xəstə hiss edirsinizsə, yüksək hərarət və infeksiya vəziyyətində məşqi sonlandırın. Xroniki bir xəstəliyiniz varsa, soyuq havaların xəstəliyiniz üzərindəki təsirlərini mütləq həkiminiz ilə məsləhətləşin.