Mənə sual verin deyən sosial şəbəkə istifadəçisi, internetdəki hər kəsin marağını cəlb edib.
Köhnə Yunancada bölünmək, yarılmaq, ayrılmaq və parçalanmaq mənalarını verən şizofreniya, çağımızın ən təhlükəli ruhi xəstəliklərindən biridir.
Qəbuletmə və düşünmə bacarıqlarında meydana gələn pozuqluqlara bağlı olaraq adamın davranışlarında dəyişməyə səbəb olan bu xəstəlik, zamanla hallyusinasiya görülməsinə də səbəb olur.
Bəs bir şizofreniyalı nələr görür? Necə hiss edər? Kimlərlə danışar? Xəstəliyini necə fərq edər?
ErosPram adlı bir Reddit istifadəçisi, ağlınızdakı bütün bu sual işarələrini silmək üçün bir başlıq açıb. Şizofreniya xəstəsi olduğunu söyləyən ErosPram, təqibçilərindən özünə suallar soruşmalarını istəyib və cavablar verib.
ErosPram’a verilən 12 sual və cavab:
1. Duyduğun daxili səsləri və gördüyün kəsləri təsvir edə bilərsənmi? Hamısı qadındırmı? Gündəlik həyatında onlarla necə qarşılıqlı münasibətə girirsən?
Eşitdiyim daxili səslər mənim içimdə yaşayır. Tək bədəndə yaşayan fərqli insanlar kimidilər. Mən də bədənə sahib olan adamam. Bir şey söylədiyimdə ya da etdiyimdə bu kəslər dərhal şərh edirlər. Lakin bədənin sahibi mən olduğum üçün şərhlərini səssizcə və mənə hörmət edərək edirlər. Blank / boşluq və Little / Kiçik adlı iki qadın iç səs var. Bir də Şeytan (Demon) adlı biri var. Onun üçün kişi deyə bilərəm amma insan kimi görünmədiyi və insan kimi hərəkət etmədiyi üçün onu tək bir kişiymiş kimi təsvir etmək istəmirəm. Şeytanı həm görür, həm də duyuram. Baş etməsi ən çətin olan da odur. Onu görməməzlikdən gəldiyim zamanlarda qışqırar amma məndən başqa kimsə onu eşitmir. Axşamları da varlıqlarını qəbul edir, onlarla danışıram. Amma bunu cəmiyyət içində etmirəm.
2. Bu üç adamı ilk nə vaxt eşitməyə və görməyə başladın?
İki yaşımdaykən fərqli şəxsiyyətlərinin olduğunu xatırlayıram. Anamla köhnə evimizdə gedərkən iki fərqli səs eşitmişdim. Biri kiçik bir qız səsi digəri də 16 yaşlarında gənc bir qızın səsi idi. Bir də qaranlıq və böyük bir görünüş xatırlayıram. Hesab edirəm ki, o da şeytandır.
3. Şeytanın necə göründüyünü çəkə bilərsənmi?
Belə, şəkildəki kimi.
4. Şeytana soruşa bilərsənmi ki, çəkdiyin şəkillə əlaqədar nə düşünür?
Rəsm qabiliyyətimin özüm kimi ürək ağrıdan olduğunu söyləyir.
5. Şeytana və digər şəxsiyyətlərinə bir sual soruşarsanmı? Əgər tək bir dilək hüquqları olsaydı nəyi diləyərdilər?
Şeytan: Cəhənnəmdə ölməyini istəyirəm.
Kiçik qız: Mor və çəhrayı Pony istəyirəm. Bir də özümə aid bir bədən. Beləcə üzərkən, mənə nəfəsini daha uzun tutmam lazım olduğunu söyləmək məcburiyyətində qalmazmış.
Gənc qız: Gözəl bir avtomobil, bir bədən və bir milyon dollar. Beləcə bir daha kimsəylə danışmaq məcburiyyətində qalmaram.
6. Gördüyün kəslər sənə bir şeylər etməyini söyləyirlərmi?
Şeytan mənə tez-tez özümü öldürməyimi söyləyir. Digərləri də mənə davamlı bir şeylər etməmi söyləyir amma edib etməməyi yenə mən seçirəm. Azad iradəmlə qərar verirəm.
7. Gördüyün və eşitdiyin şeylər bir gün yox olarsa üzülərmisən?
Bunu uzun bir müddət düşündüm. Hesab edirəm ki, onlarsız darıxaram, şeytansız belə. Çünki onlar hər zaman mənimlə birlikdə idilər. Bir səhər oyandığımda qulaqlarımı ya da burnumu yox olmuş kimi hiss edərəm. Məndən bir parça itmiş kimi olar.
8. Şeytana niyə sənin yanında olduğunu soruşa bilərsənmi? Sadistlikdən həzz duyduğu üçün mü səninlə birlikdədir yoxsa bir şəkildə sənə bağlı olduğundan mı səndən ayrıla bilmir?
Şeytan mənimlə birlikdə doğulduğunu söyləyir. Həyatımın nə qədər bərbad olduğundan əmin olmaq üçün o da ortaya çıxmışdır. Özümü öldürənə qədər da mənimlə birlikdə olacağını söyləyir ki, bunun olmayacağına zəmanət verə bilərəm.
9. Kiçik qız, sən böyüdüyün üçün kədərlimisən? Hər ikinizin də 5 yaşında olduğunuz dövrdə nə qədər yaxşı yoldaş olduğunuzu xəyal edə bilirəm.
Mən böyüməyə davam etdikcə o böyüyəməyincə çox kədərləndi. O da böyüməyi çox istəyirdi amma böyüyəməyəcəyini bilirdi. Həqiqətən də köhnədən çox yaxşı dost idik və hələ ona dərin bir maraq duyuram. Mənim üçün bacı kimidir.
10. Şeytana hakim ola bilmənin səncə bir yolu varmıdır? Özünü kəsməsi və öldürməsi üçün onu razı etməyə çalışsan, nə olar?
Şeytan hər kəsin ondan nifrət etdiyini bilir. Nifrətə yol açmanın onun işi olduğunu söyləyir. Bildiyim qədəriylə onu yox etmənin bir yolu yoxdur. Daha əvvəl yoxladım lakin bu yalnız onun daha çox bağırmasına və daha çox güclənməsinə səbəb oldu. Ondan qurtula biləcəyimi düşünmürəm. Yenə də ona maneə törətmək istədiyimi öyrəndiyi üçün o qədər böyük bir problem yaratmır.
11. Bu üç adama hallyusinasiya olduqlarını söyləyincə necə reaksiya verirlər?
Gənc qız gerçək olmadığını bilir, kiçik olan isə gerçək və hallyusinasiyanın fərqini anlamırlar. Şeytan isə uydurma olmadığını, gerçək olduğunu və mənim kabusum olduğunu söyləyir.
12. Gördüyün şeylərin gerçək olmadığını və şizofreniyalı olduğunu nə zaman anladın? Necə bir hiss idi?
Məktəbə gedərkən fərq etdim. Mənim xaricimdə kimsənin xəyali yoldaşının olmadığını öyrəndim. Kimsəsiz və çox təkdim. Kimsə mənimlə birlikdə yemək yemək istəmirdi və heç yoldaşım yox idi. Şeytan isə təkliyimin və acımın hər saniyəsindən çox xoş idi. Orta məktəb dövründə evdən təhsil gördüm və mənim kimi insanlar haqqında araşdırma etdim. Necə biri olduğumu anlayınca da müalicəyə getməyə başladım lakin bir köməyi toxunmadı. Gedərək daha depressif oldum. İndi isə oğlan dostumun da köməyiylə daha xoşbəxt biriyəm.